Paşinyan Putinlə görüşdə sülhməramlıların işindən narazılıq edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşündə Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətində şikayət edib.

Azpost.info xəbər verir ki, Paşinyan sülhməramlıları 20 gün ərzində təchizat üçün kritik olan Laçın dəhlizinə nəzarət etmədiklərini deyib.

Paşinyan qeyd edib ki, Laçın dəhlizi ilə bağlı böhran indi onun üçün bir nömrəli məsələsidir.

“Bilirsiniz ki, demək olar ki, 20 gündür ki, dəhliz bloklanıb. Bu, Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət sahəsidir. Sizə xatırlatmaq istəyirəm ki, üçtərəfli bəyanata əsasən Rusiya prezidenti, Azərbaycan prezidenti və Ermənistan Baş naziri tərəfindən Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında olmalıdır. Azərbaycan isə Laçın dəhlizi ilə sərnişinlərin və yüklərin maneəsiz keçməsinə zəmanət verdi. Belə çıxır ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətində deyil”, – deyən Paşinyan bu vəziyyətdən çıxış yolunun müzakirəsini gözlədiyini bildirib.

Qeyd edək ki, görüş Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində baş tutub.

Azpost.info

Əvvəlki məqalə

“Qarabağda yataqların monitorinqinin baş tutmaması təxribat idi”-

Sonrakı məqalə

Peskov Ermənistan Təhlükəsizlik Şurasının katibinə “təxribatçı” dedi