Paşinyan sərhəd münaqişəsi ilə bağlı bunları təklif edib

27 May 2021 - 19:38

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycanla sərhəddə baş verən münaqişənin tənzimlənməsi planını açıqlayıb.

“RİA Novosti” xəbər verir ki, Paşinyanın təklif etdiyi plan 3 bənddən ibarətdir:

Hər iki tərəf öz hərbi qüvvələrini sərhəddən geri çəkməli;

Sərhəddə Rusiya və ya Minsk qrupunun həmsədri olan hər hansı bir ölkəni (ABŞ və ya Fransanı) təmsil edən beynəlxalq müşahidəçilər yerləşdirilməli;

Beynəlxalq vasitəçilərin iştirakı ilə sərhədlər dəqiqləşdirilməlidir.