Paşinyan Sorosla görüşdən imtina edib 

Davos İqtisadi Forumundan əvvəl Açıq Cəmiyyət İnstitutunun qurucusu Corc Soros Ermənistanın baş naziri Nikol Paşinyanla görüşmək istəyib.

Paşinyan bunu ABŞ-da erməni və amerikalı jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib. Bununla bağlı qeyd onun “Facebook” səhifəsində yerləşdirilib.

Baş nazir bildirib ki, iş cədvəli çox sıx olub, bu səbəbdən də məşhur milyarderin istəyini təmin edə bilməyib. O, özünün “Sorosun adamı” adlandırılması ilə bağlı yayılan söz-söhbətdən xəbərdar olduğunu bildirib və bununla razılaşmayıb.

N.Paşinyan deyib ki, inqilabı xalq edib və bunu başqalarının adına yazmaq istəyənlər erməni xalqını alçaldırlar.   (Virtualaz.org)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir