Paşinyan yeni Konstitusiya ilə bağlı referendum keçirməyi təklif edib-

Növbədənkənar parlament seçkilərinə razılıq verib
01 Mart 2021 - 20:28
Ermənistanın baş naziri Paşinyan oktyabr ayında yeni Konstitusiya ilə bağlı referendum keçirilməsini təklif edib. 
Azpost.info bildirir ki, bugünkü mitinqdə tərəfdarları qarşısında çıxış edən Paşinyan deyib ki, o, parlament üsul-idarəsindən yarımprezidentlik sisteminə keçməsini istəyir.
Baş nazir bildirib ki, növbədənkənar parlament seçkilərinə getməyə hazırdır.
Əgər siyasi qüvvələr bizim bu növbədənkənar seçkilərlə bağlı məsləhətləşmə təklifinə  razılıq versələr biz belə seçkilərə getməyə hazırıq”. 
Paşinyan deyib ki, seçkilər xalqın nə tələb etdiyini göstərəcək.