Paşinyanın BMT tribunasında sərsəm çıxışı:

“Bakı Qarabağın SSRİ dövründəki statusunu bərpa etmək istəyir”
26 Sentyabr 2019 - 16:48

Mən azərbaycanlı həmkarım Prezident İlham Əliyevi sülh prosesinə şərait yaradan qətnamə qəbul etməyə çağırıram. Dağlıq Qarabağ münaqişəsinin istənilən həlli Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır. Bu qətnaməni həyata keçirmək üçün çalışmalıyıq”.

Azpost.info Eurasia Diary-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş Naziri Nikol Paşinyan Nyu-Yorkda keçirilən BMT-nin Baş Assambleyanın 74-cü sessiyasında çıxışı zamanı deyib.

“Azərbaycan hakimiyyəti öz mövqeyindən çəkinmir. Bu o deməkdir ki, Azərbaycan münaqişənin həllində maraqlı deyil. Azərbaycan heç bir güzəştə getmir. Azərbaycan hakimiyyəti Sovet dövründəki statusu bərpa etmək istəyir. Lakin bu mənasız cəhddir. Sovet dövründəki Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisi Azərbaycannın SSRİ-dən çıxdığı kimi öz müqəddəratını müəyyən edərək müstəqilliyini elan edib. Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsini Ermənistan və Azərbaycan arasında ərazi mübahisəsi kimi təqdim edirlər. Biz tamamilə bu fikirlə razı deyilik, bu Azərbaycanla Ermənistan arasında deyil, bu mübahisə ərazi iddası yox, öz doğma torpaqlarında və əcdadlarının yaşadığı torpaqlarda yaşamaq istəyən insanların mübahisəsidir. Azərbaycan hakimiyyəti isə bu insanlarla danışmaq istəmir. Mən vurğulamaq istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi region əhalisi üçün çox mürəkkəb məsələdir. Bu məsələ davamlı, ağır zəhmət, güzəşt və qarşılıqlı hörmət olmadan həll edilə bilməz.

Buna görə də mən Azərbaycanlı həmkarım İlham Əliyevi münaqişəni həll edəcək və sülh yaradacaq formulanı qəbul etməyə dəvət edirəm. Dağlıq Qarabağ münaqişəsi Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan əhalisi üçün məqbul olmalıdır”, – deyə Paşinyan bildirib.