“Paşinyanın istefa verəcəyi xəbəri yalandır” –

Ermənistanın Nazirlər Kabineti
17 Dekabr 2020 - 14:12

Ermənistanın Nazirlər Kabineti Baş nazir Nikol Paşinyanın guya dekabrın 31-də istefa verəcəyinə dair mediada yayılan xəbərlərə münasibət bildirib.

 “RİA Novosti”nin verdiyi xəbərə görə, Ermənistan hökumət yayılan xəbərləri təkzib edib.

Qeyd edək ki, Ermənistan mediasında N. Paşinyanın dekabrın 31-də istefa verəcəyini açıqlayacağına dair xəbərlər yayılıb. Bildirilib ki, Baş nazir istefa qərarını Yeni il bayramı ilə bağlı müraciətində açıqlayacaq.