“Ermənistan və Rusiya münasibətləri qədimdir və dərin kökləri var”.
Azpost.info bildirir ki, bu barədə Rusiya prezidenti Putin Baş nazir Paşinyanla görüşü zamanı deyib.
Putin bildirib ki, bu münasibətlər müttəfiqlik münasibətləridir: “Bu barədə tarixə getmək də lazım deyil. Bizim üçün belə də aydındır ki, bu nə deməkdir və iki tərəfli münasibətlər üçün hansı əhəmiyyəti daşıyır”.
Rusiya prezidenti deyib ki, Paşinyanla nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə edib: “Biz sizinlə görüşüb maşında birgə gedəndə də regional xarakterli məsələləri müzakirə etdik. O cümlədən regionda tənzimlənəsi məsələləri…Nəqliyyat arteriyalarının açılması barədə danışıdıq”.
Putin Ermənistanın KTMT-də sədrliklə bağlı səlahiyyət müddətinin başa çatması münasibəti ilə təbrik edib.