Patruşev Bakıya müharibənin qarşısını almaq üçün gəlib –Ekspert rəyləri

RF Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycana səfər edib, Bakıda Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla, ölkə prezidenti İlham Əliyevlə görüşüb.

Rəsmi məlumatlarda Patruşevin Bakıda “Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla və hər iki ölkənin bir sıra nazirliklərinin və idarələrinin nümayəndələri ilə Rusiya-Azərbaycan təhlükəsizlik məsləhətləşmələri” apardığı bildirilir (TASS).

Prezident Əliyevlə görüşdə isə “təhlükəsizlik, iqtisadi münasibətlər, mədəni-humanitar əlaqələrin inkişafı, BMT, ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq sahəsində Rusiya-Azərbaycan qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub”.

Politoloq Elxan Şahinoğlu Turan-ın müxbiri ilə söhbətində qeyd edib ki, Patruşev hər il Yerevana səfərləri ilə yanaşı, Bakıya da gəlir və çox vaxt növbəti səfərdən sonra Azərbaycan-Türkiyə əməkdaşlığının möhkəmləndirilməsi sahəsində hadisələr baş verir. Bu dəfə Patruşevin səfəri TurAzQartalı-2019 Azərbaycan_Türkiyə hərbi hava təlimləri və Türkiyənin Sahil Mühafizə qüvvələrinin komandanı, kontr-admiral Ahmet Kendirin Bakıya səfəri ilə eyni vaxta təsadüf edib. Şahinoğlu hesab edir ki, Türkiyə hərbiçilərinin səfəri də Azərbaycanın təhlükəsizliyi üçün Patruşevin Azərbaycan rəhbərləri ilə məsləhətləşmələri qədər vacibdir.

Patruşevin Bakıda və Azərbaycan paytaxtına səfəri ərəfəsində verdiyi bəyanatlara diqqət çəkən politoloq qeyd edib ki, 2017-ci ilin aprelində Patruşev Azərbaycanın təhlükəsizliyini ölkə iqtisadiyyatının, mədəniyyətinin və digər sahələrin inkişafı ilə əlaqələndirib ki, bu sahələrdə “heç bir problem olmayacaq”.

Görünür ki, iki il əvvəl də olduğu kimi, Kreml Azərbaycanla münasibətlərdə təhlükəsizliyi ilk plana çıxarır. Bəlkə də bu sözlərin arxasında Ermənistanla müharibənin qadağan edilməsi durur. Avqustun 12-də Yerevanda olan Patruşev orada da təhlükəsizlik haqqında danışıb”.

Nikolay Patruşev Rusiya kəşfiyyatının keçmiş rəhbəridir, Azərbaycan və Ermənistanda baş verən hadisələr, Paşinyanın Dağlıq Qarabağda son bəyanatları və Azərbaycan cəmiyyətindəki hərbi əhval-ruhiyyə barədə yaxşı məlumatı var.

Patruşev Bakıda və Yerevanda Putinin Rusiyanın regionda dördüncü müharibəni istəməməsi barədə xüsusi mesajlarını rəhbərlərin diqqətinə çatdırıb. Azərbaycan ordusunun Qazax və Naxçıvan regionlarında irəliləyişindən xəbəri olan Patruşev Bakıda Moskvanın bu əməliyyatlardan məmnun olmadığını deyə bilərdi. Patruşevin Yerevana səfəri Paşinyanın Xankəndində verdiyi qalmaqallı bəyanatdan düz bir həftə sonra baş tutub. Patruşev Paşinyana bu ritorikanın təhlükəli olduğu barədə xəbərdarlıq edib, deyə politoloq qeyd edib.

“Patruşevin Yerevanda irəli sürdüyü tələblər (o cümlədən Putinin dostu – eks-prezident Koçaryanın azad edilməsi) Ermənistanın maraqlarına zidd olduğu kimi, Patruşevin Bakıda verdiyi mesajlar da Azərbaycanın maraqlarına uyğun deyil”, Elxan Şahinoğlu belə hesab edir.

Avqustun 12-də Nikolay Patruşev Yerevanda olub. Rusiya tərəfin məlumatında qeyd edilir ki, Nikol Paşinyanla görüşdə “həmsöhbətlər beynəlxalq gündəliyin bir sıra aktual problemlərini, o cümlədən Suriya xalqına humanitar yardım göstərilməsi və Suriyada dinc həyatın bərpası məsələləri ilə bağlı məsləhətləşiblər”.

Ermənistan hökumətinin rəsmi məlumatında Suriyanın adı çəkilmir. “Məsələ Rusiya tərəfin təşəbbüsü ilə qaldırılıb”, deyə Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan Azatutyun Radiosuna bildirib.

“Təbii ki, Rusiya Ermənistanın Suriyada humanitar missiyada iştirak etmək qərarını yüksək qiymətləndirir”, deyə Karapetyan bildirib.

Ermənistan qəzetləri Patruşevin Ermənistana Suriyadakı missiyanı genişləndirməyi təklif etmək üçün gəlib.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Turana bildirib ki, Patruşevin son səfərlər marşrutunu nəzərə alsaq, əminliklə demək olar ki, əsas mövzu Ermənistan-Azərbaycan münaqişəsində hazırki partlayış təhlükəli vəziyyətin müzakirəsi olub. Paşinyanın məqsədyönlü şəkildə hərbi əməliyyatların bərpasını təhrik etməsi Rusiya rəhbərliyini narahat etməyə bilməz. Paşinyanın ssenarisi sadədir – müharibə, daha sonra Rusiyanın satqınlıqda ittiham edilməsi və tamamilə Qərbə doğru yönəlmə. Düşünürəm ki, Patruşevin Azərbaycandan əsas xahişi təmkinli olmağımızdan ibarətdir. O, həmçinin Əliyevdən xarici işlər naziri Elmar Məmmədyarovun Nyu-Yorkda erməni həmkarı Mnaçakanyanla görüşünə icazə verməyi xahiş edə bilərdi…

Bütün bunlar, əlbəttə ki, təxmindir və heç bir məlumatla təsdiqini tapmayıb, deyə T.Zülfüqarov əlavə edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Bakıya gəlir

Sonrakı məqalə

Deputatlar etiraz edir: