Payız gəldi –Bu gündən ölkədə gecələr uzanmağa başlayacaq  

Sentyabrın 23-dən Azərbaycan ərazisində payız fəsli başlayır.

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun  verdiyi məlumata görə, payız fəsli Azərbaycanasentyabrın 23-də yerli vaxtla saat 11:50-də daxil olacaq.

Bu gündən etibarən gecələr uzanmağa, gündüzlər qısalmağa başlayacaq. Günəş Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək.

Qış fəsli isə ölkəmizə dekabrın 22-də saat 08:19-da qədəm qoyacaq vəhəmin gün ən uzun gecə olacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vurğun Əyyubun səhhəti ilə bağlı ailə üzvü açıqlama verdi

Sonrakı məqalə

ABŞ-da Paşinyana cavab: