“Paytaxtda tramvay xəttinin bərpa edilməsi ilə bağlı işlər görülür”

15765691372797830359_1000x669

Bakıda tramvay xəttinin bərpası ilə bağlı ölkə başçısına məruzə olunub. Lakin bu xətti bərpa etmək çox çətindir. Bakı şəhərindəki sıxlıq bu xəttin bərpasını çətinləşdirir.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dekabrın 17-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.

C.Qurbanov vurğulayıb ki, hazırda bununla bağlı iş gedir. Xarici şirkətlərə müraciət olunub və araşdırmalar aparılır. Ancaq istifadəyə veriləcək dairəvi yolun üzərində əlavə işlər aparmaqla tramvayla daşımaları əvəz etmək olar(azərtac).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir