Pekində 32 minə yaxın sakin COVID-19-a görə karantindədir

Pekinin Fentay rayonunda COVID-19 virusu ocağı aşkarlandıqdan sonra yoluxanlarla təmasda olmuş 31 min 910 nəfər karantinə cəlb olunub.

Pekin şəhərinin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzinə istinadla xəbər verir ki, 2 milyon sakini olan Fentayda 2 mərhələdə aparılmış kütləvi test prosesi nəticəsində daha 8 nəfərin virusa yoluxduğu aşkarlanıb. Son yoluxanlar məhz karantində olanlar arasında aşkarlanıb. Səlahiyyətli qurumlar Pekində son yoluxmalar arasında “omikron” ştamının aşkarlanmadığını bildiriblər.

Fentayda yanvarın 23-dən bəri 2 mərhələdə kütləvi test prosesi həyata keçirilib. Prosesə 40 mindən çox tibb işçisi cəlb olunub. Sakinlərə rayon ərazisini tərk etməmək tövsiyə olunub. Kütləvi toplaşmalar qadağan edilib. Fentaydan başqa, Pekinin mərkəzi rayonlarından olan Siçendə də 3 yoluxma aşkarlanıb.

Qeyd edək ki, yanvarın 15-dən bəri Pekində COVID-19 infeksiyasına 67 yoluxma aşkarlanıb. Onların 6-sı “omikron” yoluxmasıdır. Fevralda növbəti Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək Pekində virusa, xüsusən də yoluxuculuq xüsusiyyəti dəfələrlə yüksək olan “omikron” ştamına yoluxmaların aşkarlanması səlahiyyətli qurumları da narahat edir. Artıq yanvarın 22-dən etibarən Pekinə gələnlər şəhərə daxil olduqdan sonra 72 saat ərzində test verməlidirlər. Pekinə daxil olmaq üçün son 48 saat ərzində verilmiş koronavirus testinin neqativ nəticəsi və sağlamlıq haqqında elektron arayış da tələb olunur. Bu qayda martın sonunadək qüvvədə olacaq. Paytaxt sakinlərinə isə ciddi səbəb olmadan Pekini tərk etməmək tövsiyə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Biləsuvarın sabiq icra başçısının məhkəməsinə sədrlik edəcək hakim məlum olub

Sonrakı məqalə

Ceyhun Bayramov İƏT XİN Şurasının iclasına qatılacaq