Penitensiar Xidmətin rəsi müavini Navalnının ölümündən sonra “mükafatlandırıldı”

Rusiya prezidenti Vladimir Putin Federal Penitensiar Xidmətin rəsi müavini Valeri Boyarinevə general-polkovnik xüsusi rütbəsi verib.

Azpost.info xəbər verir ki, Putin bununla bağlı sərəncam imzaayıb.

Boyarinev yeni rütbəsini müxalif siyasətçi Aleksey Navalnının həbsxanada qəfil ölümündən üç gün sonra alıb.

Müəssisə əməkdaşlarının Navalnının anasına təhvil verdiyi sənəddə deyilir ki, ölüm fevralın 16-da yerli vaxtla saat 14:17-də baş verib. Lakin məhbuslardan biri bildirib ki, həbsxana ölümdən 4 saat əvvəl xəbər tutub.

Putindən xüsusi rütbə alan Boyarinev 2022-ci ilin iyulundan bu vəzifəsini icra edir. O, Baş Əməliyyat İdarəsinə, eləcə də Əməliyyat Bölmələrinin Fəaliyyətlərinə Dəstək Baş İdarəsinə nəzarət edir.

“Gulagu.net” insan haqları layihəsi qeyd edir ki, Boyarinev “Putinin arzusunu yerinə yetirdi. Onun əsas siyasi rəqibini fiziki olaraq aradan qaldırdı. Həmçinin, Boyarinevin nəzarəti altında yüzlərlə ukraynalı məhbus işgəncələrə məruz qalıb, bir çoxu müharibəyə haqq qazandırmaq üçün soyqırımı etiraf etməyə məcbur olub.

Azpost.info

Əvvəlki məqalə

Kanada Ukraynaya 800-dən çox PUA verəcək

Sonrakı məqalə

“Şəxs xaricdə təhsilini davam etdirə bilməyibsə, transfer üçün müraciət edə bilər”