Pensiyalar aprelin 15-də tam ödəniləcək

12 Aprel 2021 - 11:22

Respublika üzrə pensiyaların aprelin 15-i tarixində tam ödənilərək, yekunlaşdırılması nəzərdə tutulub.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.