Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

​​​​​​​Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir

User 25 Sentyabr 2026 - 13:31
pensiya

Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir.

Milli Məclisin Əmək və sosial siyasət və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və “Diplomatik xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Yeni islahat tədbirləri pensiyaların indeksasiya mexanizminin daha təkmil, ədalətli və optimal şəkildə qurulmasına istiqamətlənib. Bu məqsədlə hər il orta aylıq əməkhaqqına (1 avqust 2026-cı il tarixə 1176,7 manat) qədər olan pensiyaların indeksasiya faizi tam tətbiq edilməklə, pensiya orta aylıq əməkhaqqından yüksək olduqda isə yüksək olan hissəsinə 0,2-0,5 əmsalları tətbiq olunmaqla indeksləşdirmənin aparılması nəzərdə tutulur.

Hazırda pensiyaçıların 90 faizdən çoxunun pensiyalarının orta aylıq əməkhaqqına qədər məbləğlərdə olduğunu nəzərə alsaq, bu yeni mexanizm onlara şamil olunmayacaq və pensiyaları əvvəli qaydada, yəni indeksasiya faizi tam tətbiq edilməklə indeksləşdirilib artırılacaq. Digər pensiyaçıların (10 faizə yaxın pensiyaçının) pensiyalarının orta aylıq əməkhaqqına qədər olan hissəsinə də indeksasiya faizi tam tətbiq edilməklə indeksləşdirilib artırılacaq, pensiyalarının yalnız bundan yüksək olan hissəsinə yeni mexanizm (0,2-0,5 əmsalları) tətbiq olunacaq.

AzPost.az

Post navigation

Previous: Mətbuat Şurasının növbəti qurultayı keçiriləcək
Next: Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonasının əsas üstünlüklərindən biri xüsusi qanunvericilik bazasıdır

Oxşar xəbərlər

fuzuli rza
  • Sosial

Füzuli Rzaquliyev vəfat edib

User 09 Noyabr 2026 - 13:53
yaz havasının
  • Sosial

Sabaha olan hava proqnozu

User 09 Noyabr 2026 - 12:10
herbi yurus
  • Sosial

Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir

User 09 Noyabr 2026 - 11:30

xƏBƏR

erdoqan tramp02
  • Dünya

Ərdoğan İran müharibəsinin təhlükəsi barədə Trampa nə dedi?

User 09 Noyabr 2026 - 15:26
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran ətrafında yeni gərginlik təhlükəsinin artdığı bir vaxtda ABŞ Prezidenti Donald Trampa...
Read more about Ərdoğan İran müharibəsinin təhlükəsi barədə Trampa nə dedi?
Özgür Özəl İlham Əliyevə zəng etdi – “Azərbaycanın sevinci sevincimizdir” ozgur ozel
  • Dünya

Özgür Özəl İlham Əliyevə zəng etdi – “Azərbaycanın sevinci sevincimizdir”

User 09 Noyabr 2026 - 15:01
İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var – YENİLƏNİB zavod partl
  • Dünya

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var – YENİLƏNİB

User 09 Noyabr 2026 - 14:40
Trendyol Azərbaycanda nəyi dəyişdi? – 2 milyon müştəri və yeni bazar imkanları trendyol
  • İqtisadiyyat

Trendyol Azərbaycanda nəyi dəyişdi? – 2 milyon müştəri və yeni bazar imkanları

User 09 Noyabr 2026 - 14:32
“Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz” – Ərdoğan erdoqan
  • Dünya

“Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz” – Ərdoğan

User 09 Noyabr 2026 - 14:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.