İran ABŞ-ın Qətərdəki Əl-Udeid aviabazasına Vaşinqtonun İranı vurmaq üçün istifadə etdiyi bombaların sayı qədər ballistik raket atıb.  AzPost bildirir ki, əks-hücum tamamlanıb. Bu, simvolik hucum olub. Atılan 14 raketin hava hücumundan müdafiə sisteminin "divarına" nüfuz etmək üçün qeyri-kafi olduğu ortaya çıxıb. Pentaqon İranın Qətərdəki Əl-Udeid aviabazasına raket zərbəsi endirməsi faktını təsdiqləyib. CNN Pentaqonun sözçüsünə istinadən xəbər verir ki, İran Qətərdəki ABŞ-ın Əl-Udeid aviabazasına orta və qısa mənzilli ballistik raketlərlə hücum edib. Amerikalı hərbçilər arasında itki yoxdur.

AzPost.az