Pentaqon rəhbəri:“ABŞ-ın İraqdan qoşun çıxarmaq planları yoxdur”

Pentaqon rəhbəri Mark Esper ABŞ-ın İraqdan qoşun çıxarmaq niyyətində olmadığını açıqlayıb. 

“Associated Press”in verdiyi məlumata görə, Esper bildirib ki, rəsmi Vaşinqton İraqı tərk etmək barədə qərar qəbul etməyib.

Qeyd edək ki, bir neçə gün əvvəl mediada ABŞ-ın Piyada Dəniz Korpusunun briqada generalı, İraqda anti-İŞİD koalisiyasının komandanı Uilliam Silinin açıqlaması əks olunmuş məktubu dərc edilib. Məktubda ABŞ qoşunlarının İraqdan çəkilməsinə dair məlumatlar yer alırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Unibank kartlarında yaranmış problem həllini tapıb –

Sonrakı məqalə

Avropa İttifaqı ilə Azərbaycan arasında sazişlə bağlı ciddi irəliləyiş əldə edilib –