Pentaqon “uçan boşqab”la bağlı videonun gerçək olduğunu təsdiq etdi:

“Pilotun çəkdiyi kadrlar saxta deyil”
19 Sentyabr 2019 - 08:25

2015-ci ildə ABŞ hərbi dəniz donanmasının pilotu tərəfindən çəkilmiş uçan naməlum obyektlə (UNO) bağlı video həqiqidir.

Azpost.info bildirir ki, bu barədə hərbi idarənin nümayəndəsi bəyan edib.

Onun sözlərinə görə, Pentaqon bu videoda qeyd olunan təzahürün nə olduğunu müəyyən edə bilməyib.

ABŞ administrasiyasının məxfi sənədlərini dərc edən “The Black Vault” saytının məlumatına görə,  söhbət şərti olaraq “GO FAST” adlanan və “To The Stars Academy of Arts & Scienc”in tədqiqatçılarının və  “New York Times” qəzeti tərəfindən açıqlanan  videodan gedir.  2017-ci ildə Pentaqon tərəfindən bu video üzərindən məxfilik qrifinin götürüldüyü deyilir.

HDQ-nin kəşfiyyat xidmətinin mətbuat katibi Metyu Koxlerin sözlərinə görə, bu çəkilişdə olan obyekt “naməlum hava  təzahürü” kimi qeyd olunub.

Bu o deməkdir ki, videoda “uçan boşqab”, yaxud yerdənkənar qurğu əks olunub.