Pentaqondan Ərdoğanın xəbərdarlığına reaksiya:"İncirlik aviabazasından yalnız Ankaranın icazəsi ilə istifadə edirik"

ABŞ Türkiyənin hərbi bazalarını, o cümlədən İncirlik aviabazasını yalnız Ankaranın icazəsi ilə istifadə edir.

“TASS”-ın verdiyi məlumata görə, bu barədə Pentaqondan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İncirlik və Kürecik bazalarının ABŞ üçün bağlana biləcəyinə dair sözlərini şərh edərkən deyiblər.

Pentaqondan bildirilib: “ABŞ qüvvələri Türkiyənin hərbi bazalarını, o cümlədən İncirlik aviabazasını yalnız Ankaranın icazəsi ilə istifadə edirlər. Biz Türkiyədəki qüvvələrimizin statusunu NATO üzrə müttəfiqimizlə əməkdaşlığımıza və onu qorumağa bağlılığımızın simvolu kimi görürük”.

Qeyd edilir ki, Türkiyə NATO-nun Əfqanıstanda, Kosovoda, İraqda missiyalarına töhfə verir və ABŞ Milli Təhlükəsizlik Strategiyasının məqsədləri üçün vacib rol oynayır: “Biz Türkiyəni S-400 və digər fikir ayrılığı yaranmış sahələr ilə əlaqədar daha konstruktiv siyasət yürütməyə çağırırıq və bu münasibətləri qorumağa çalışırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi

Sonrakı məqalə

Başqasının yerinə imtahan verən 2 il həbs cəzası alacaq –