İran prezidenti Məsud Pezeşkian ABŞ-ın nüvə obyektlərinə zərbələr endirməsindən sonra ilk bəyanat verib. AzPost bildirir ki, bu barədə İRNA məlumat yayıb. Pezeşkian Vaşinqtonun hərəkətlərini kəskin şəkildə pisləyib. Dövlət başçısı bildirib ki, ABŞ-ın hücumu İsrailin İrana qarşı hərbi kampaniyasının arxasında məhz Amerikanın dayandığını nümayiş etdirib: “Bu təcavüz göstərdi ki, İsrailin İrana qarşı düşmənçilik hərəkətlərinin arxasında duran əsas amil Amerikadır”, - deyə Pezeşkian qeyd edib. Onun sözlərinə görə, ABŞ zərbəni İsrailin açıq-aşkar bacarıqsızlığına əmin olduqdan sonra başlayıb.

AzPost.az