Pezeşkianın oğlu Müctəba Xameneyinin yaralanmasını təkzib edib

İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xameneyi sağdır.

İSNA xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian deyib.

Yusif Pezeşkian bildirib ki, Müctəba Xameneyinin xəsarət alması ilə bağlı xəbəri eşidəndən sonra onun yaxınları ilə əlaqə saxlayıb.

“Müctəba Xameneyi sağ-salamatdır və səhhətində problem yoxdur”-deyə o bildirib.

Mediada Ayətullah Müctəba Xameneyinin ABŞ və İsrailin hava zərbələrində yaralanması ilə bağlı xəbərlər yayılıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.