“Pfizer” gələn tədris ilinədək uşaqlar üçün vaksin hazırlayacaq

“Pfizer” 12-15 yaşlı uşaqlar üçün yeni növ koronavirus (COVID-19) əleyhinə vaksini növbəti tədris ili başlayanadək hazırlayacaq.

 CNN-nin verdiyi xəbərə görə, bu barədə “Pfizer”in peyvənd klinik tədqiqatları və inkişafı üzrə baş vitse-prezidenti Uilyam Qraber bildirib.

Onun sözlərinə görə, şirkət hazırda kliniki sınaqlar həyata keçirir, artıq 12-15 yaş aralığından olan 2 259 yeniyetmədə vaksinin tətbiqi dəyərləndirilib və yaxın vaxtlarda effektivlik və təhlükəsizliklə bağlı tarix ictimaiyyətlə paylaşılacaq.

Qraber onu da qeyd edib ki, yaşı 18-dən az olanların vaksinasiyası virusun yayılmasının qarşısının alınması baxımından önəmli addım olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Həbs edilən tatar avtoriteti “Lotu Quli” barədə danışıb

Sonrakı məqalə

“Hazırda Ukrayna və Gürcüstana üzvlüyə yaxınlaşması üçün yardım edirik” –