Pilot pasportunu götürmədi: təyyarə geri qayıtdı

Pilot
Pilot

Los-Ancelesdən Şanxaya uçan “United Airlines” şirkətinə məxsus “Boeing 787” sərnişin təyyarəsinin pilotu pasportunu götürməyi unutduğu üçün hava gəmisi geri dönmək məcburiyyətində qalıb.

AzPost xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

Bildirilir ki, 257 sərnişin və 13 ekipaj üzvünü daşıyan UA 198 saylı reys təxminən iki saatlıq uçuşdan sonra Sakit Okean üzərindən geri dönüb və San Fransiskoya yönləndirilib.

“Pilotlardan birinin pasportu yanında yox idi. Müştərilərimizin şikayətini həll etmək üçün yeni komanda təşkil etdik və həmin axşam onları təyinat yerlərinə göndərdik. Sərnişinlərə yemək kuponu və kompensasiyalar verildi”, – açıqlamada bildirilir.

Təyyarədəki çinli sərnişinlərdən biri pilotun “olduqca qəzəbli tonda” açıqlama verdiyini və “pasportumu unutdum” dediyini bildirib. (Modern.az )

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.