Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmyüllü məktəb-liseydə təşkil olunan açılış tədbirində layihəyə cəlb edilən məktəblərin – Quba rayonu Zərdabi, Qaraçay, Bağbanlı qəsəbə, Ağbil, İqriq, Hacıhüseynli, Qəçrəş, Küpçal, Səbətlər kənd tam orta, Birinci Nügədi kənd 1 nömrəli tam orta, Quba şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəblərinin, Quba şəhər 2 nömrəli təbiət fənləri təmyüllü məktəb məktəb-lisey, Quba şəhər 4 nömrəli humanitar fənlər təmayüllü məktəb-lisey və Quba Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin fiziki tərbiyə müəllimləri iştirak edib.
Layihənin əsas məqsədi Quba rayonunun müxtəlif ümumtəhsil məktəblərinin VI-IX siniflərdə təhsil alan qız şagirdlərin idmana cəlbi ilə sağlam həyat tərzinə təşviq edilməsi, kənd ərazisində yarışları təşkil etməklə əhali arasında qızlar arasında idmanın inkişafına təkan verməkdir.
Bu məqsədlə layihə çərçivəsində qızlar arasında şən startlar istiqamətində mütəhərrik oyunlar üzrə turnirin təşkili, futzal, basketbol və voleybol üzrə turnirlərin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Pink Pover Fest-qız şagirdlərin idman festivalı” adlı layihə Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalibi olan Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin fiziki tərbiyə müəllimi Kamran Əlimərdanov tərəfindən həyata keçirilir.








