“Pis günlər bitdi, bu gün zəfər günüdür, mübarək olsun!”-

Türkiyə Müdafiə Nazirliyi paylaşım etdi
10 Noyabr 2020 - 11:49

Otuz il əvvəl yaşanan acılar bu gün başa çatır. Qəhrəman qardaşlarımız döyüş meydanında gücünü göstərdi və mərdliklə vuruşaraq qələbə qazandı.

Bu sözlər Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi “Twitter” səhifəsində edilən paylaşımda yer alıb.

Paylaşımda deyilir: “Azərbaycanlı qardaşlarımız bu atalar sözünü yaxşı bilir: “Pis günün ömrü az olar”. Pis günlər bitdi, bu gün zəfər günüdür, mübarək olsun!”, – deyə paylaşımda bildirilir.