PKK ləğvetmə qərarını açıqlayıb. Bu barədə Reuters məlumat yayıb. PKK silahlarını yerə qoyduğunu açıqlayıb. AzPost bildirir ki, PKK bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, 5-7 may tarixlərində keçirilmiş 12-cü qurultayda silahlı mübarizənin dayandırılması ilə bağlı qərarın verildiyi bildirilib. PKK adı altında həyata keçirilən fəaliyyətlərə son qoyularaq, PKK-nın təşkilat strukturunun ləğvi və silahlı mübarizənin dayandırılması qərara alınıb. Açıqlamada qurultaya 232 nümayəndənin qatıldığı bildirilib: “PKK-nın 12-ci Qurultayında PKK-nın təşkilati strukturunun ləğvi və silahlı mübarizə üsuluna son qoyulması qərara alınıb. PKK adı  altında həyata keçirilən fəaliyyətlər dayandırıldı”. “Mayın 5-dən 7-dək keçirilən 12-ci Partiya Qurultayı Abdullah Öcalanın fevralın 27-də verdiyi bəyanatla başlayan proses, gördüyü çoxşaxəli işlər və müxtəlif istiqamətlərdə təqdim etdiyi perspektivlər fonunda yekunlaşdı.   AzPost.az