Poçt direktoru nazir müavini təyin olundu

Naxçıvanın rəqəmsal inkişaf və nəqliyyat nazirinə müavin təyin edilib.

AzPost “Nuhçıxan”a istinadən xəbər verir ki, Naxçıvan Ali Məclisi Sədrinin Sərəncamına əsasən, bu vəzifəyə Azər Şahverdi oğlu Məmmədrəhimov təyin olunub. Ona nazir vəzifəsinin müvəqqəti icrası həvalə edilib.

Bu təyinatadək rəqəmsal inkişaf və nəqliyyat naziri vəzifəsini isə Rahid Ələkbərli icra edib.

Qeyd edək ki, A. Məmmədrəhimov 2024-cü ilin avqustundan cari tarixə qədər “Naxçıvanpoçt” publik hüquqi şəxsin direktoru vəzifəsində işləyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.