Daxili İşlər Nazirliyinin (DİN) təqdim etdiyi "E-Polis" mobil tətbiqi vətəndaşların işini asanlaşdırmağa davam edir. AzPost xəbər verir ki, artıq vətəndaşlar tətbiq vasitəsilə olduğu yer üzrə qeydiyyata alınmaq üçün onlayn şəkildə müraciət edə bilərlər. "E-Polis" mobil tətbiqini "App Store" və "Google Play" platformalarından pulsuz şəkildə yükləmək mümkündür. Bu yenilik vətəndaşların qeydiyyat prosesində vaxtına qənaət edərək, daha sürətli və effektiv xidmət əldə etməsinə imkan yaradacaq. [video width="720" height="1280" mp4="https://azpost.info/wp-content/uploads/2025/01/e-polis.mp4"][/video]