Polis Bakıda 10 gün əvvəl oğurlanan 2 yaşlı uşağı tapdı –

FOTO/VİDEO
08 Yanvar 2022 - 19:37

Bakıda 10 gün əvvəl oğurlanan 2 yaşlı uşaq polis əməkdaşları tərəfindən tapılıb.

DİN Mətbuat Xidmətinin əməkdaşı Elşad Hacıyevin verdiyi məlumata görə, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməldaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev tapılıb.

Onu oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar. Araşdırmalar davam etdirilir.