Polis maaş artımı tələb edən yanğınsöndürənlərə qaz buraxdı
Parisin mərkəzində etiraz aksiyası keçirən bir neçə minlik yanğınsöndürənlərə qarşı polis gözyaşardıcı qazdan istifadə edib.
Bu barədə “RİA Novosti” məlumat yayıb. Qarşıdurmalar yerli vaxtla saat 18:00-da Millətlər meydanından başlayıb. Polisin gözyaşardıcı qazdan istifadə etməsinə cavab olaraq nümayişçilər tüstü yayan qumbara atıblar.
Qeyd edək ki, bütün Fransa boyu etiraz aksiyalarına başlayan yanğınsöndürənlər rəsmilərdən əməkhaqlarının qaldırılmasını tələb edirlər.
