Bakıda DYP zabitini ona cərimə protokolu yazdığına görə dəfələrlə ağır formada təhqir edən taksi sürücüsü həbs edilib.
Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarından məlum olub.
Xatırladaq ki, sürücünün DYP zabitini söyüb təhqir etməsi barədə video haqqin.az-ın Facebbok səhifəsində yayılmışdı. Həmin sürücü DYP əməkdaşına qarğıyır, daha sonra söyür və ona fiziki təzyiq göstərir. Polis zabiti heyrətamiz səbr nümayiş etdirib ona cavab vermir, hadisə yerinə post-patrul xidmətinin əməkdaşları çağırılır.
Azpost.info bildirir ki, həmin sürücü video müraciət vasitəsilə polisdən üzr istəyib.
Videonu təqdim edirik.