Polisi söyən sürücü həbs edildi,  üzr istədi:  “Qələt eləmişəm, nə demişəmsə özümə qayıtsın” (VİDEO)

Bakıda DYP zabitini ona cərimə protokolu yazdığına görə dəfələrlə ağır formada təhqir edən taksi sürücüsü həbs edilib.

Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarından məlum olub.

Xatırladaq ki, sürücünün DYP zabitini söyüb təhqir etməsi barədə video haqqin.az-ın Facebbok səhifəsində yayılmışdı. Həmin sürücü DYP əməkdaşına qarğıyır, daha sonra söyür və ona fiziki təzyiq göstərir. Polis zabiti heyrətamiz səbr nümayiş etdirib ona cavab vermir, hadisə yerinə post-patrul xidmətinin əməkdaşları çağırılır.

Azpost.info bildirir ki, həmin sürücü video müraciət vasitəsilə polisdən üzr istəyib.

Videonu təqdim edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Atlas” Araşdırmalar Mərkəzi:

Sonrakı məqalə

Ermənistan Polisinin sabiq rəisi barəsində cinayəti işi başlanıb