Polisi təhqir edən sürücü barəsində araşdırma aparılır

18 Sentyabr 2019 - 12:19

Sosial şəbəkələrdə yol polisi ilə sürücü arasında yaranan mübahisənin təfərrüatları Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) araşdırılır.

Bu barədə Axar.az-a BŞBPİ-nin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, araşdırmanın nəticəsilə bağlı geniş məlumat veriləcək.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə sürücü ilə yol polisi arasında baş verən mübahisənin videosu yayılıb. Görüntülərdə sürücünün polisi ağır ifadələrlə təhqir etdiyi, polisin böyük səbir nümayiş etdirdiyi əks olunub.