Polisin tapdığı 12 yaşlı Ləman uşaq evinə yerləşdirilib –Dövlət Komitəsi məsələni nəzarətə götürüb

Kütləvi İnformasiya Vasitələrində 12 yaşlı Ləman Şahbazovanın Sabunçu rayonu Zabrat qəbəsində yaşayan nənəsinin evindən çıxaraq geri qayıtmadığı ilə bağlı məlumat dərhal Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb. 

Komitədən APA-ya bildirilib ki, 12 yaşlı L. Şahbazova Sabunçu rayonu ərazisində tapılaraq bu səhər “Nur” uşaq evinə yerləşdirilib. Məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb.

Müvafiq tədbirlər görülür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İki gün əvvəl Bakıda itkin düşən 12 yaşlı qız tapıldı

Sonrakı məqalə

Sabahın hava proqnozu