Polkovnik Qadir Vəlişov həbsdən azad edilərək polisin nəzarətinə verilib- DİN-dən açıqlama

Beyləqanda həbs edilən Qarabağ qazisi azadlığa buraxılıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov xuliqanlıq ittihamı ilə həbs edilən ehtiyatda olan polkovnik Qadir Vəlişova qarşı humanist addım atıb.

Belə ki, V.Eyvazovun göstərişi ilə Q.Vəlişov torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdəki iştirakı nəzərə alınaraq həbsdən azad edilib və istintaq müddətində polisin nəzarətinə verilib.

Qeyd edək ki, Beyləqan rayonunun Kəbirli kənd sakini İrfanə Eminova və əri İbrahim Alıyevin şikayəti əsasında həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq əməlinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə təqsirıli bilinir.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qəza ilə əlaqədar səhlənkarlığa yol verən bütün vəzifəli şəxslər işdən kənarlaşdırılıb” –

Sonrakı məqalə

Dolların sabaha olan rəsmi məzənnəsi