Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Polşa Rusiyanın təhdidlərindən sonra hərəkətə keçdi

User 24 İyul 2023 - 12:05 (Last updated: 21 May 2025 - 20:15)
F1u0yGdWIAAn0s8

Polşanın Litva ilə sərhəddə yerləşən Suvalk dəhlizini qorumaq üçün xüsusi istehkamçı batalyon yaradır.

Azpost.info xəbər verir ki, bu barədə Polşa müdafiə naziri Mariuş Blaşak bildirib.

“Bu, bizim sıfırdan yaratdığımız başqa bir hərbi hissədir və sizi əmin edirəm ki, bu, sonuncu olmayacaq”, – Blaşak deyib.

Nazirin sözlərinə görə, yeni bölmənin əsas vəzifəsi NATO-nun şərq cinahını gücləndirməkdir. Batalyon 2023-cü ilin sonuna kimi yaradılacaq və 16-cı mexanikləşdirilmiş diviziyanın tərkibinə daxil olacaq.

Uzunluğu 100 kilometrdən bir qədər çox olan Suvalk dəhlizi Polşanı Baltikyanı ölkələrlə birləşdirir və Belarusu Rusiyanın Kalininqrad vilayətindən ayırır. Onun tutulması halında Litva, Latviya və Estoniyanın digər NATO ölkələri ilə əlaqəsi kəsiləcək.

Bundan əvvəl Dövlət Duması “Vaqner” özəl hərbi şirkətinin köməyi ilə Suvalk dəhlizini ələ keçirməyi planlaşdırdığını açıqlamışdı.

İyulun 14-də Belarus Müdafiə Nazirliyi “Vaqner”in ölkəyə hərbi kadrların hazırlanması üçün gəldiyi barədə məlumat yayıb. Məlumata görə, əvvəlcə söhbət ölkənin mərkəzindəki Osipoviç yaxınlığında ərazi qoşunlarının bölmələri ilə təlim keçməkdən gedirdi, lakin sonra məlum olub ki, muzdlular Polşa ilə sərhəddən 30 km aralıda yerləşən Brest vilayətindəki poliqonda hərbi qulluqçulara təlim keçiblər.

Belarusa gedən “Vaqner”çilərin dəqiq sayı məlum deyil. İlkin məlumatlara görə, ora 10 min döyüşçü gəlməlidir. Polşa və Litva onların hərəkətlərini diqqətlə izlədiklərini bildiriblər.

Azpost.info

Post navigation

Previous: Ötən 6 ayda ölkədən 348 min ton meyvə-tərəvəz ixrac edilib –
Next: Radioyayım şəbəkəsinin genişləndirilməsi üçün 13 milyon ayrıldı –

Oxşar xəbərlər

miqrantefqan
  • Dünya

Tramp 150-dən çox əfqanı deportasiya edir

User 31 Oktyabr 2026 - 10:41
brexit-day-donald-tusk
  • Dünya

Polşada Konstitusiya Məhkəməsi böhranı – Tusk qəti addımlar tələb edir

User 31 Oktyabr 2026 - 10:37
abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41

xƏBƏR

miqrantefqan
  • Dünya

Tramp 150-dən çox əfqanı deportasiya edir

User 31 Oktyabr 2026 - 10:41
ABŞ Prezidenti Donald Trampın administrasiyası 150-dən çox əfqan miqrantı Əfqanıstana deportasiya etməyi planlaşdırır. Onların bir çoxu 2021-ci...
Read more about Tramp 150-dən çox əfqanı deportasiya edir
Polşada Konstitusiya Məhkəməsi böhranı – Tusk qəti addımlar tələb edir brexit-day-donald-tusk
  • Dünya

Polşada Konstitusiya Məhkəməsi böhranı – Tusk qəti addımlar tələb edir

User 31 Oktyabr 2026 - 10:37
Azərbaycan neftinin qiyməti 126 dolları ötüb neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 126 dolları ötüb

User 31 Oktyabr 2026 - 10:00
Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.