Polşa və Baltik ölkələri Rusiya ətrafında “mina kəməri” yaradır

Polşa piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxdığını bəyan edib.

Azpost.info bildirir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk açıqlama verib.

“Polşa piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxır və şərq sərhədini 48 saat ərzində minalamağa imkan verən yeni minalama sisteminin hazırlanmasını başa çatdırır”-deyə bəyanatda vurğulanır.

Qeyd edək ki, 20 avqust 2025-ci ildə Polşa BMT-yə Konvensiyadan çıxması ilə bağlı rəsmi bildiriş təqdim edib. 20 fevralda Ottava Konvensiyasının 20-ci maddəsi ilə müəyyən edilmiş altı aylıq müddət başa çatıb və Polşa qanuni olaraq Konvensiyanın tərəfi olmağı dayandırır.

Estoniya, Latviya və Litva da 27 iyun 2025-ci ildə BMT-yə piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxmaları ilə bağlı bildirişlər təqdim edib və 27 dekabr 2025-ci ildə rəsmi olaraq çıxıb.

Finlandiya 10 iyul 2025-ci ildə bildiriş təqdim edib və 10 yanvar 2026-cı ildə Konvensiyadan çıxıb.

Beləliklə, Polşanın çıxması ilə NATO-nun şərq cinahında vahid “mina kəməri”nin yaradılması başa çatır. Polşa Litva və Finlandiya bu il birgə mina istehsalına başlayacaqlar. Bununla da Baltik dənizindən Arktikaya qədər bütün sərhəd boyunca vahid hüquqi zona yaradılıb. Bu, aşağıdakılara imkan verir:

-Sərhədlər boyunca birbaşa piyada əleyhinə mina anbarları yaratmaq
-Mina sahələrinin salınması
-Ərazilərdə minaların qoyulması üzrə birgə təlimlər keçirmək

Bu yeni reallıq insan hüquqları təşkilatları tərəfindən ciddi tənqidlərə səbəb olub. Çünki Ottava Konvensiyası ən uğurlu humanitar müqavilələrdən biri hesab olunurdu. lakin yuxarıda adı çəkilən ölkələr bildiriblər ki, onların prioriteti NATO ərazisinin hər qarışının qorunmasıdır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.