“ABŞ İranın hədələyici davranışına dözməyəcək”.
Azpost.info bildirir ki, bu sözləri ABŞ dövlət katibi Mayk Pompeo bildirib.
Səudiyyə şahzadəsi, varis Məhəmməd bin Salmanla görüşdən sonra tvitterdə yazdığı statusunda Pompeo qeyd edib ki, “Səuddiyyə Ərəbistanının özünü müdafiə hüququnu dəstəkləyir”. O, İranın hədə -qorxu tövrünü “yolverilməz” adlandırıb.
Hazırda Pompeo Səudiyyə Krallığındadır. Bu səfər Krallığın neft zavodlarına hucumla bağlıdır.
ABŞ bu hucumlarda İranı ittiham edir.