Pompeodan Fələstini qəzəbləndirən çıxış:"İsrail heç bir beynəlxalq qanunu pozmur"

ABŞ artıq İordan çayının qərb sahilində İsrailin məskunlaşma siyasətinin beynəlxalq qanunları pozduğuna inanmır.

“TASS” agentliyi xəbər verir ki, bu barədə dövlət katibi Mayk Pompeo jurnalistlər üçün keçirdiyi brifinqdə məlumat verib.

“Prezident Donald Tramp administrasiyası Barak Obama administrasiyasının İsrail yaşayış məntəqələrinin salınmasına münasibətini nəzərdən keçirir. Qərb sahilində İsrail mülki yaşayış məntəqələrinin inşası beynəlxalq hüquqa zidd deyil”, – Pompeo belə deyib.

Pompeo, həmçinin bildirib ki, İsrailin işğal olunmuş Fələstin torpaqlarında məskunlaşması ilə bağlı ABŞ-ın yeni qərarı İordan çayının qərb sahilinin statusuna şamil edilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Məhkəmələrdə qadın hakimlərin sayı nə qədərdir?

Sonrakı məqalə

“İnterfax” agentliyinin redaktoru itkin düşüb