Poroşenko Zelinskiyə “səndən qorxmuram” dedi:“Bu oğlan məni həbsə ata bilməyəcək”

Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko televiziyaya verdiyi müsahibəsində barəsində qaldırılmış 13 cinayət işinə münasibətini açıqlayıb.

Azpost.info bildirir ki, yeni prezident Vladimir  Zelenskini nəzərdə tutaraq deyib ki, “bu oğlan onu barmaqlıq arxasına sala bilməyəcək”.

“Mən heç kimdən və heç nədən qorxmuram. Rəhbəri olduğum siyasi qüvvə heç kimdən qorxmur. Onlarda heç nə alınmayacaq – deyən  Poroşenkonun sözlərinə görə, onu həbsə atmaq cəhdləri əvvələr də heç bir nəticə verməyib.

Eks-prezident həmçinin Zelenskinin rusca danışmasına eyham vuraraq vurğulayıb ki, onun kiçik oğlu Mixail ailədə yalnız ukrayna dilində danışılmasını tələb edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Səudiyyənin XİN rəhbəri:

Sonrakı məqalə

Əbdürrəhman Vəzirov: