Portuqaliya-Azərbaycan oyunu başa çatdı –

Nəticə (YENİLƏNİB)
25 Mart 2021 - 00:46

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Portuqaliya-Azərbaycan oyunu başa çatıb. Hesab 1-0 Portuqaliyanın xeyrinə olub.

Görüşün 36-cı dəqiqəsində millimizin kapitanı Maksim Medvedev səhvən topu öz qapısına vurub və matçda hesab açılıb – 1:0. Matç bu hesabla da yekunlaşıb.

**

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Portuqaliya-Azərbaycan oyununun birinci hissəsi başa çatıb.

İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda təşkil olunan matça Portuqaliya yığması daha fəal başlayıb. Rəqib dəfələrlə millimizin qapısı qarşısında təhlükəli vəziyyətlər yaratsa da, komandamız müdafiədə gözəl oyun nümayiş etdirib. Ancaq görüşün 36-cı dəqiqəsində millimizin kapitanı Maksim Medvedev səhvən topu öz qapısına vurub və matçda hesab açılıb – 1:0. Matçın birinci hissəsi elə bu hesabla da yekunlaşıb.

Xatırladaq ki, yığma komandamız seçmə mərhələnin “A” qrupunda Portuqaliya millisi ilə yanaşı, Serbiya, İrlandiya və Lüksemburq komandaları ilə mübarizə aparacaq. Yığmamız növbəti oyununu martın 30-da Bakıda Serbiya seçməsinə qarşı keçirəcək.