Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsi ləğv olundu

Prezident Administrasiyanın yeni strukturunda Aqrar siyasət məsələləri şöbəsi ləğv edilib. 

Administrasiyanın bu gün təsdiq edilmiş yeni strukturunda həmin şöbənin və şöbə müdiri Azər Əmiraslanovun adı  yoxdur.

Beləliklə də, indiyə qədər şöbəyə rəhbərlik edən, eyni zamanda Prezident İlham Əliyevin aqrar siyasət məsələləri üzrə köməkçisi olan Azər Əmiraslanov vəzifəsindən azad olunub.
A.Əmiraslanov 2005-2008-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

2008-ci il 25 avqust tarixli sərəncamla Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsinə, 2017-ci il 31 may tarixli sərəncamla isə Azərbaycan Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri vəzifəsinə təyin edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiya və Belarus birləşir-

Sonrakı məqalə

Suraxanıda iki azyaşlı uşaq nə üçün ölüb? –