Prezident bu il məcburi köçkünlərin qayıdacağı 5 şəhərin adını açıqladı

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən infrastruktur layihələri imkan verir ki, biz bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq və onların bu il qaytarılacaqları şəhərlər arasında beş şəhər – Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocalı şəhərləri olacaq.

Bunu Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib.

Dövlətimizin başçısı Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Əvvəlki məqalə

“Növbəti görüşdə Qazaxın işğal altında qalan kəndləri müzakirə ediləcək” –

Sonrakı məqalə

“Tariximizin ən həlledici məqamı 2003-cü il idi” –