Prezident düşmənin məhv edilmiş və qənimət kimi götürülmüş hərbi texnikasının siyahısını açıqlayıb

09 Oktyabr 2020 - 18:35

“Sentyabrın 27-dən bu günə qədər Ermənistan Ordusuna çox böyük zərbə vurulub”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində deyib.

Dövlət başçısı Ermənistanın Azərbaycan Ordusu tərəfindən məhv edilmiş və qənimət kimi götürülmüş hərbi texnikasının siyahısını açıqlayıb: “16 komanda məntəqəsi, 196 tank, 38 BM-21, 1 ədəd “Uraqan”, 10 ədəd özüyeriyən artilleriya qurğusu (8 Akasiya, 2 Qvozdika), 36 piyadaların döyüş maşını, 24 ədəd artilleriya batareyası, 2 REM və ya hava hücumuna qarşı müdafiə vasitəsi, 2 ədəd S-300 kompleksinin buraxıcı qurğusu, 25 ədəd OSA zenit-raket kompleksi, 2 ədəd KUB zenit-raket kompleksi, 4 ədəd “Repelend” radiotexniki maneə vasitəsi, 136 ədəd top, 56 minaatan, 1 ədəd TOS-1 A odsaçan, 2 ədəd radiolokasiya stansiyası, 1 ədəd “Kalçuqa” anteni məhv edilib”.

Ali Baş Komandan qeyd edib ki, 18 ədəd tank, 4 ədəd top, 22 ədəd piyadaların döyüş maşını, 12 minaatan, 4 ədəd UAZ maşını, 1 ekskavator, 27 ədəd “İqla” kompleksi, 1 ədəd Zil, 9 ədəd QAZ maşını qənimət götürülüb.