Prezident həbs olunacaq- MƏHKƏMƏ QƏRARI

Dövlət
dövlət

Cənubi Koreyada məhkəmə səlahiyyətləri dayandırılmış prezident Yon Suk-Yolun həbsinə order verib.

Bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ötən gün müstəntiqlər Yon Suk-Yolun hərbi vəziyyətin tətbiqi ilə bağlı üç dəfə dindirilməyə gəlməməsi səbəbilə onun həbsinə order tələb etmişdilər.

Cənubi Koreya tarixində ilk dəfədir ki, prezidentlik postunu hələ tam tərk etməmiş şəxs barəsində həbs qərarı çıxarılır.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.