Prezident İlham Əliyev  icra başçılarının son həbsindən danışdı:

“Elə dəhşətli faktlar aşkarlanır ki... Bu, dövlət siyasətinə edilən xəyanətdir”
23 Dekabr 2019 - 22:39

“Kadrlar müasir çağırışlara cavab verməlidir.  İslahatların əsas məqsədi ölkədə ab-havanın daha da yaxşılaşmasıdır. Kadr islahatları zamanında aparılır. Azərbaycan  iqtidarının yeni siması ortaya çıxır”.

Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan telekanallarına verdiyi müsahibədə bildirib.

“ Mənim iş qrafikim çox gərgindir. Yeganə adamam ki, istirahət günüm yoxdur. Hər gün məsələləri həll etmək lazımdır”.

Dövlət başçısı son zamanlar aparılmış məmur həbslərinə toxunub və bu istiqamətdə aparılan prosesə toxunub.

Prezident deyib ki, hansısa rayona icra başısı təyin olunanda verdiyi tövsiyyələr rayon ictimaiyyəti  tərəfindən qəbul edilir və ondan bu meyarlara uyğun işləməyi tələb edirlər:  “İctimai nəzarət güclü olmalıdır.  Bu ya yoxdur, ya da ibtidai vəziyətdədir.  Mən demişəm, bəzi hallarda mətbuatdan bir çox şey öyrənirəm, mənə məruzə edilmir. Çünki bu onlara sərf etmir. Özüm gedib bölgələrdə işləri təftiş edrəm. Dövlət məmurları hər bir ölkədə yaxşı raport verməyə öyrəşiblər. Hansı icra başçısından soruşanda deyir hər şey əladır. Belə ola bilməz axı. Kamera qarşısında icra başçılarına  verdiyim tövsiyyələrdə deyirəm. Məmur  yekəxana  olmamalıdır. Vətəndaşalara xdmət etməlidir. Sahibkardan qanunsuz pul tələb etməməlidir. İndi abadlıq adı ilə sahibkarlardan pul yığırlar. Belə abadlıq bizə lazım deyil. İnvestorları cəlb etməlidir. Son tədbirlər bunu göstərdi. Mən xəbərdarlıq etmişdim. İnzibati  cəza ilə məhdudlaşmayacaq. Bəziləri hesab edirdi ki, bunlara aid deyil. Bu yolverilməzdir. Bu dövlət siyasətinə edilən xəyanətdir.  Elə dəhşətli faktlar aşkarlanır ki adam bilmir nə fikirləşsin. Manatın devalvasiyasından sonra biz hər rayonda işsizləri ictimai işlərə cəlb etmək üçün haqqı ödənilən ictimai iş yerləri yaratdıq.  Bu maaşı da qıymadılar bu adamlara. Kartdan pul kəsib ciblərini doldurdular. Xalqdan qorxmursan, heç olmasa Allahdan qorx.  Belə məmurlar xalqa və iqtidara ləkədir. Hamı eştisin, ibrət götürsün. Dövlət məmuru olmaq istəyirsənsə vicdanla işləməlisən. Gəlir kimi baxırsansa gəlmə, yoxsa bədbəxt olarsan.

Yeni dövrdə yeni çağırşlar olan ölkədə başqa cür ola bilməz. Ölkədə xoşagəlməz hallara qarşı mübarizə davam edəcək. Həm mətbuatdan və ictimaiyyətdən dəstək görürəm”.