Prezident İlham Əliyev Qüdrət Qurbanovu ordenlə təltif edib

- Sərəncam
21 Oktyabr 2019 - 17:37

Prezident İlham Əliyev Qüdrət Qurbanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Qüdrət Qəmbər oğlu Qurbanov “Şöhrət” ordeni ilə təltif edilsin.