Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İçərişəhərdə

- Bərpa-konservasiya işləri ilə tanış olublar
29 İyun 2020 - 13:59

İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olublar.

APA-nın xəbərinə görə, bərpa-konservasiya işləri birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilib.