Prezident və xanımı Xətai rayonunda ağacəkmə aksiyasında

- FOTO
11 Noyabr 2019 - 16:15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 11-də Heydər Əliyev Fondu tərəfindən Bakının Xətai rayonunda salınan yeni “Gənclik” parkında “Təbiət naminə birləş! Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak ediblər.

APA-nın məlumatına görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.