Prezident İlham Əliyev İsrailə Dünya Xolokost Forumuna getməyəcək

Cümə axşamı İsraildə Üçüncü Dünya Xolokost Forumu keçiriləcək. Bu miqyaslı forumda dünyanın aparıcı ölkələrinin rəhbərləri və baş nazirləri iştirak edəcəklər.

Əsasən Rusiya, Fransa prezidentləri, ABŞ, Almaniya, İtaliya, Ukrayna və digər ölkələrin vitse-prezidentləri qatılacaqlar.

Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, Azərbaycanı parlamentin spikeri Oqtay Əsədov təmsil edəcək.

İsrail mətbuatının məlumatına görə, tədbir Ausşvits həbs düşərgəsinin azad edilməsinin 75-ci ildönümünə həsr olunub. Bununla əlaqədar Qüdsdə gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sovetski” sakinləri fevralın əvvəlinə qədər öz evlərini tərk etməlidirlər –

Sonrakı məqalə

Ermənistan iriçaplı pulemyotlar və snayperlərlə atəşkəsi pozub