Prezident İlham Əliyev Qəbələyə səfər edib- FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Qəbələ rayonuna səfərə gəlib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə son illər rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verildi.

Bildirildi ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, istehsal müəssisələri yaradılıb.

Məlumat verildi ki, abidənin yerləşdiyi Heydər Əliyev Parkında əhalinin istirahəti üçün hər cür şərait yaradılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Cahangir Hacıyevin apelyasiya şikayəti üzrə məhkəmə başlayıb

Sonrakı məqalə

MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası Bakıda keçiriləcək